"Qarabağ"ın daha bir futbolçusu zədələndi
“Qarabağ”ın daha bir futbolçusunu itirib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Əlhərbi Əl-Jadeyaui zədələnib.
Komandanın dünənki məşqində sağ ayaq topuğundan xəsarət alan mərakeşli futbolçu artıq həkim müayinəsindən keçib və məlum olub ki, 1 ay komandadan ayrı düşəcək.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumatda kapitan Rəşad Sadıqovun da durumunun ciddiliyini qoruduğu bildirilib. Hazırda fizioterapevt nəzarətində olan müdafiəçinin çempionatın XIII turunda “Kəpəz”lə qarşılaşmanı buraxacağı dəqiqdi. 33 yaşlı futbolçunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da “Tottenhem”lə qarşılaşmanı buraxma ehtimalı da yüksəkdi.
Əvəzində yarımmüdafiəçilər Cavid Tağıyev və Namiq Ələsgərov artıq sıraya dönüblər. Hər iki oyunçu kollektivlə birlikdə məşqlərdə iştirak edir. Uzunmüddətli zədədən qayıdan Ələsgərovun hələ bir müddət əvəzedicilərin heyətində meydançaya çıxıb oyun praktikası toplaması gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu noyabrın 21-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.