"Qarabağ"ın direktoru: "Çempionlar Liqasında qrupa düşə bilmədiyimiz üçün məyusuq"
"Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədiyimiz üçün məyusuq".
Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın direktoru Emrah Çelikel Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.
"Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki komanda pley-offadək irəliləyib və sonda Avropa Liqasının qrupuna düşüb. Bu da "Qarabağ" gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır", - deyə klub rəsmisi bildirib.