"Qarabağ"ın futbolçuları testdən keçirilib

"Qarabağ"ın Antalya toplanışı davam edir. 

Sportline.az xəbər verir ki, hazırlığın ikinci günündə komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə yollanıb. 

Futbolçular səhər məşqində konkoni testi keçirib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumunu yoxlamaqdan ibarətdir. 

Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub. Komanda yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.