"Qarabağ"ın futbolçusu 90 dəqiqə oynadı

UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Bolqarıstan seçməsi səfərdə Sloveniya ilə qarşılaşıb. SportLine.az xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin heyətində 90 dəqiqə çıxış edib. O, 50-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Bolqarıstan seçməsi növbəti oyununu öz meydanında Norveçə qarşı keçirəcək.