"Qarabağ"ın futbolçusu İspaniyada

Azərbaycan çempionatında yaranan fasilə ilə əlaqədar istirahətdə olan "Qarabağ"ın futbolçusu Marko Veşoviç İspaniyaya yollanıb.

Sportline.az xəbər verir ki, monteneqrolu futbolçu La Liqanın 19-cu turunun "Atletiko" - "Rayo Valekano" (2:0) matçını tribunadan izləyib.

Veşoviç millidən komanda yoldaşı olduğu, "Atletiko"nun müdafiəçisi Stevan Saviçin dəvətilə oyunu izləyib. Matçdan sonra isə Monteneqro millisinin üzvləri stadionda görüşüb.