"Qarabağ"ın futbolçusu klub axtarışında
Mövsümün sonunda "Qarabağ"la yolları ayrılacaq ilk futbolçu məlumdur.
Sportline.az xəbər verir ki, ispaniyalı vinger Ağdam klubundan ayrılacaq.
Daha doğrusu, "Qarabağ" onunla yeni müqavilə imzalamaqda maraqlı deyil.
Zədə səbəbindən uzun müddətdir, oynaya bilməyən futbolçu heyətdə yerini itirib.
Romeronun İspaniya aşağı liqalarında özünə klub axtardığı bildirilir.