"Qarabağ"ın futbolçusu millidə

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.

Sportline.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasında Rumıniya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri oyunlarda iştirak hüququ qazanıb.

Monteneqro yığması B Liqasında, 3-cü qrupda yer alıb. Sözügedən komanda iyunun 4-də Rumıniyanı qəbul edəcək, ayın 7-də isə Finlandiyanın qonağı olacaq. İyunun 11-də isə Veşoviçin komandası doğma meydanda Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.