"Qarabağ"ın futbolçusu milliyə çağrıldı

"Qarabağ" klubunun Monteneqrolu müdafiəçisi Marko Veşoviç ölkəsinin yığma komandasına dəvət alıb.

Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Finlandiya, Rumıniya, və Bosniya və Herseqovinaya qarşı UEFA Millətlər Liqasının qrup oyunlarında Monteneqro seşməsinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Monteneqro millisi iyunun 4-də Rumıniyanı qəbul edəcək. İyunun 7-də Finlandiyanın qonağı olacaq. 4 gün sonra isə Bosniya və Herseqovinanı sınağa çəkəcək.