"Qarabağ"ın futbolçusu qərarından danışdı

"Qarabağ"la yeni müqavilə imzalayan Kevin Medina klubun rəsmi saytına açıqlama verib.

Sportline.az xəbər verir ki, kolumbiyalı müdafiəçi bunları deyib:

"Qarabağ"a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub. Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm".