"Qarabağ"ın futbolçusunun son durumu

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Lex" - "Qarabağ" oyununda (1:0) zədələnən Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, müayinə zamanı qapıçının zədəsinin ciddi olmadığı aşkarlanıb.

Həkimlər Ağdam təmsilçisinin qolkiperinin komandanın sabah keçiriləcək məşqində iştirak edə biləcəyini deyiblər.

Qeyd edək ki, "Qarabağ" - "Lex" oyunu iyulun 12-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.