"Qarabağ"ın Gənclər Liqasındakı oyunu isveçrəliyə tapşırıldı
Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Atletiko" (U-19) - "Qarabağ" (U-19) matçının hakimləri müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan briqadaya tapşırılıb.
Beləliklə,
Baş hakim: Stefan Klossner
Yan xətt hakimləri: Remi Zqargen, Efe Kurnazca (hamısı İsveçrə)
Ehtiyat hakim: Valentina Qomez (İspaniya)
UEFA nümayəndəsi: Neyl Morrou (Hollandiya)
Hakim inspektor: Manuel Diaz Veqa (İspaniya)
Qeyd edək ki, "Atletiko" (U-19) - "Qarabağ" (U-19) matçının start fiti oktyabrın 31-i, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.