"Qarabağ"ın hazırlığı davam edir

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
 
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 1 günlük istirahətin ardından bugündən etibarən məşqləri bərpa edib. 

Ağdam klubu yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb. Zədəli Ansi Aqolli isə fizioterapivt çalışmaları altında fərdi məşqlə kifayətlənib.

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:00-a təyin olunub.