"Qarabağ"ın hazırlıq planı
Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının oyunlarına hazırlıq planları ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası iyunun 20-də toplanaraq Avstriyaya yollanacaq.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə Ağdam təmsilçisi məhz bu ölkədə hazırlaşacaq.
"Qarabağ" bu mərhələdə hansı komanda ilə qarşılaşarsa, Avstriyadan həmin ölkəyə birbaşa uçacaq.