"Qarabağ"ın legioneri: "Çempionluğun dadını çıxarırıq"

"Komandada keçirdiyim 6 ayı uğurlu saymaq olar. "Qarabağ"a gəlməklə yeni şeylər öyrəndim. Çempionluğun dadını çıxarır, qələbəmizi qeyd edirik. İnanıram ki, davamı gələcək".

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Kabo-verdeli hücumameylli yarımmüdafiəçi bildirib ki, bu, hələ başlanğıcdır: "Məqsədim "Qarabağ"la çoxlu titul və təcrübə qazanmaqdır".