"Qarabağ"ın legioneri oynadı, komandası qalib gəldi

"Qarabağ”ın futbolçuları Patrik Andrade ilə Leandro Andradenin çıxış etdiyi Kabo Verde yığması növbəti yoxlama matçına çıxıb.

Sportline.az xəbər verir ki, komanda öz meydanında San Marino ilə qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Leandro Andrade də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Patrikin adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.