"Qarabağ"ın legionerləri məğubiyyətə üzüldülər
"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar.
Sportline.az xəbər verir ki, onlar UEFA Millətlər Liqasında 5-ci turunda səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıblar. Görüş ev sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb - 1:0. Yankoviç və Veşoviç bu matçda iştirak edib. Hər iki oyunçu start heyətdə meydana çıxıb. Yankoviç 81-ci dəqiqədə əvəzlənibə, Veşoviç isə sona qədər oynayıb.
Monteneqro millisi bu nəticə ilə A Liqasına yüksəlmək şansını itirib.