"Qarabağ"ın maraqlandığı qapıçının işi çətinləşdi
Almaniyanın "Bayer" klubu heyətinə yeni qapıçı cəlb edib.
Sportline.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Reyms"dən Patrik Pentsin transferini rəsmiləşdirib.
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Avstriyalı qolkiperlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Patrik Pents bu ilin yayından "Reyms"də çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" Fransa klubunun heyətində 7 matçda meydana çıxıb.
Qeyd edək ki, "Bayer"in digər qapıçısı Andrey Lunyovu "Qarabağ" icarəyə götürmək istəyir.