"Qarabağ"ın oyunçusu 58 dəqiqə oynadı

"Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan seçməsi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Norveç millisi olub.

Görüş skandinavların qələbəsi ilə yekunlaşıb - 1:0.

S.Slavçev meydana start heyətində daxil olub və 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 4 oyundan sonra hesabında 9 xal olan Bolqarıstan Norveçlə şərikli qrup lideridir.