"Qarabağ"ın oyununa biletlər satışa çıxarıldı
Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri avqustun 27-də satışa çıxarılacaq.
Sprotline.az xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri "Iticket.az"-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.