"Qarabağ"ın oyununa görə metronun iş qrafiki dəyişdirildi

“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə oyunun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.

Klubun mətbuat xidmətindən Sportline.az saytına məlumata görə, müraciət və bu görüşün Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda oyunu canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlanacaq.