"Qarabağ"ın rəqibi Avropada yeganə komandadır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" bu il inamlı çıxışı ilə diqqət çəkir.

Sportline.az xəbər verir ki, leverkuzenlilər cari mövsümdə Avropanın uduzmayan yeganə komandasıdır.

Bundesliqanın 14-cü turunadək "Bavariya"da eyni adın daşıyıcısı idi.

Amma, münhenlilər "Ayntraxt"a 1-5 hesablı məğlubiyyətlə seriyaya son qoyublar.

Hazırda Xabi Alonsonun komandası 36 xalla Bundesliqanın lideridir.

Leverkuzen təmsilçisi Avropa Liqasında da qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib.