"Qarabağ"ın rəqib futbolçusu: "Düşünürəm ki, buna nail olacağıq"
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer"in futbolçusu Alexandro Qrimaldo komandasının uğurlu çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, ispaniyalı müdafiəçi Almaniyaya gəldiyinə görə çox xoşbəxt olduğunu bildirib.
"Mövsümə əla başlamışıq. Klubdan, baş məşqçidən, indiki formamdan da razıyam. Burada özümü əla hiss edirəm. Bu səviyyəni qoruyub - saxlamaq çətindir. Bunu yaxşı dərk edirik və oyundan oyuna irəliləməkdəyik. Çempionatın favoritlərinə başağrı olmağı bacarmalıyıq. Düşünürəm ki, buna nail olacağıq", - deyə Qrimaldo bildirib.
Qeyd edək ki, Bundesliqanın lideri oktyabrın 9-da Bakıda "Qarabağ"la qarşılaşacaq.
Avroliqanın qrup mərhələsinin Leverkuzendə keçirilən 3-cü tur matçında meydan sahibləri 5-1 hesabı ilə qələbə qazanmışdılar.