"Qarabağ"ın rəqibi heyəti gücləndirdi
“Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan “Nant” heyətə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans” klubundan İqnatius Qanaqonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı kamerunlu hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Nant” bu transfer üçün “Lans”a 4.4 milyon avro ödəyib.
“Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.