"Qarabağ"ın rəqibi mükafat təyin etdi
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibi - "Omoniya"nın vitse-prezidenti Dmitris Qriqorisə qarşı sui-qəsd haqqında xəbər vermişdik.
Sportline.az xəbər verir ki, ötən ayın sonlarında naməlum şəxs Qriqorisin evinin girişində benzinlə dolu qabı alışdıraraq güclü partlayışa səbəb olub. Xəsarət almayan klub rəsmisi və ailəsi hadisəni təşkil edən şəxsin tapılması istiqamətində maraqlı addım atıb.
Klubun rəsmi saytında yayılan məlumata görə, cinayətkarın həbsinə kömək edəcək şəxsə 100 000 avro mükafat vəd olunub.

Qeyd edək ki, "Qarabağ" H qrupundakı ikinci oyununu "Omoniya"ya qarşı keçirib. Nikosiyadakı görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ikinci qarşılaşma noyabrın 25-də Bakıda olacaq.