"Qarabağ"ın rəqibi qələbə qazandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan çempionatında növbəti qələbəsini qazanıb. 

Sportline.az xəbər verir ki, komanda 3-cü turda "Lonikos" üzərində  3:1 hesablı qələbə çalıb.

Qeyd edək ki, "Olimpiakos" turnir cədvəlində 7 xalla 2-ci, "Lonikos" isə 1 xalla 11-cidir.

Yunanıstan çempionatı, 3-cü tur

"Olimpiakos" - "Lonikos" - 3:1

Qollar: Bouxalakis, 17, Biel, 45, 90+4 - Mendoza, 49