"Qarabağ"ın rəqibi yenidən zirvədə

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer" Almaniya Bundesliqasında uğurlu çıxışını davam etdirir.

Sportline.az xəbər verir ki, leverkuzenlilər bu gün doğma arenada "Union"la qarşılaşıblar.

Görüş 4-0 hesabı ilə meydan sahiblərinin xeyrinə nəticələnib.

"Bayer" bu qələbə ilə xal hesabını 31-ə çatdıraraq turnir cədvəlinin zirvəsini yenidən ələ kçeirib.