"Qarabağ"ın rəqibində son durum

UEFA Avropa Liqasının I qrupunun III turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor"da zədəli futbolçuların durumuna aydınlıq gətirilib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Adıçəkilən 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağı dəqiqdir.

Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.