"Qarabağ"ın rəqibində yeni müqavilə
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi - “Olimpiakos” futbolçusu Kostas Fortunis ilə müqavilənin müddətini uzadıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Kostas Fortunis 2014-cü ildən “Olimpiakos”da çıxış edir. O, daha öncə “Trikala”, “Asteras” (Tripolis) və “Kayzerslautern” klublarının da formasını geyinib. Yunanıstan millisində 54 oyun keçirmiş vinger, 9 qol vurub.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyunu oktyabrın 6-də səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakı keçirəcək.