"Qarabağ"ın rəqibindən heç-heçə

Fransa Liqasında 5-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Nant" "Strasburq"un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

"Strasburq" - "Nant" - 1:1

Qollar: Diallo, 27 (1:0), Mohamed, 85 (1:1)

Bu nəticədən sonra "Nant" hazırda 6 xalla 9-cu, "Strasburq"" 3 xalla 17-ci pillədə qərarlaşıb. "Lans" 11 xalla liderdir.

Qeyd edək ki, "Qarabağ"ın "Nant"la ilk oyunu sentyabrın 15-i Bakıda, ikinci matçı isə oktyabrın 27-də Fransada olacaq.