"Qarabağ"ın rəqibindən ilk qələbə

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" Fransa Liqa 1-də 4-cü turun oyununa çıxıb.

Sportline.az xəbər verir ki, rəqib "Tuluza" klubu olub. "Bojuar" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 15-ci dəqiqədə Zakariya Abuhlyal açsa da, Evann Gessand 50-ci, Mustafa Məhəmməd 55-ci və Moyzes Simon 61-ci dəqiqədə fərqlənərək, "Nant"ın çempionatda ilk qalibiyyətini təmin edib.

Bununla da Antuan Kambuarenin baş məşqçi olduğu kollektiv xalını 5-ə yüksəldib və 10-cu pillədə qərarlaşıb. Eyni xala malik "Tuluza" isə 9-cudur.

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.