"Qarabağ"ın rəqibindən qələbə

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Plzen) Çexiya çempionatında 3-cü tur oyununa çıxıb. 

Sportline.az xəbər verir ki, komanda səfərdə "Hradeç Kralove" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. 

"Hradeç Kralove" - "Viktoriya" (Plzen) - 1:2
Qollar: 
Xori, 39 (0:1), Kubala, 44 (1:1), Pilar, 84 (1:2)
Qırmızı vərəqə: Smrz ("Hradeç Kralove")

Qeyd edək ki, "Viktoriya" hazırda turnir cədvəlində 7 xalla  3-cü pillədə qərarlaşıb

Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.