"Qarabağ"ın rəqibi minimal hesabla qalib gəldi
"Qarabağ"ın Avropa Liqasında G qrupundakı rəqibi "Frayburq" Almaniya Bundesliqasında "Bohum"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, "Frayburq" 1:0 hesabı ilə qalib gəlib. Vinçenzo Qrifonun 1 dəqiq zərbəsi qələbə üçün kifayət edib.
"Frayburq" turnir cədvəlində 9 xalla 2-ci yerdədir.