"Qarabağ"ın rəqibini bir futbolçu tərk edib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Çexiyanın "Viktoriya" klubunu bir futbolçu tərk edib.

Sportline.az Plzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Ondrjey Mihalik bundan sonra Çexiyanın digər klubu "Slovaçko"un formasını geyinəcək.

"Pişta" ləqəbli 25 yaşlı hücumameyilli yarımmüdafiəçi barəsində hər iki klub artıq razılığa gəlib. 2019-cu ilin iyununda Niderlandın "Alkmaar" klubundan "Viktoriya"ya keçmiş futbolçu bu müddətdə 57 matç keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qarabağ" bu komandaya qarşı ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Avqustun 23-də Plzen şəhərində keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.