"Qarabağ"ın sabiq futbolçusu Acunun klubunda

"Qarabağ"ın sabiq futbolçusu Leroy Corc karyerasını yenidən Niderland çempionatında davam etdirəcək.

Sportline.az xəbər verir ki, 34 yaşlı hücumçu Erediviziiyada çıxış edən "Fortuna" komandasının formasını geyinəcək.

Surinam əsilli niderlandlı forvardla cari mövsümün sonunadək müqavilə imzalanacaq.

Corc 2013 - 2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, Ağdam klubuna Niderlandın NEK komandasından transfer olunub.

Qeyd edək ki, hazırda 19 xalla 13-cü pillədə qərarlaşan "Fortuna" klubunun sahibi türkiyəli tanınmış teleaparıcı, iş adamı Acun Ilıcalıdır.