“Qarabağ”la oyun “Sabah” üçün ikiqat əlamətdar olub
Azərbaycan Premyer Liqasının XXIV turunda baş tutan “Qarabağ”la görüş “Sabah” üçün ikiqat əlamətdar olub.
Sportline.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu ölkə çempionatında 200-cü oyununa çıxıb.
Paytaxt təmsilçisi həm də 50-ci heç-heçəsini edib. “Sabah” “Qarabağ”la 1:1 hesablı bərabərliyə nail olub. Paytaxt təmsilçisi 27 dəfə evdə, 23 dəfə səfərdə 1 xal qazanıb. “Sabah” digər qarşılaşmalarda 80 qələbə qazanıb, 70 dəfə məğlub olub.
Qeyd edək ki, ilk görüşünü 2018-ci il avqustun 12-də “Şamaxı”ya qarşı keçirən (1:0) “Sabah” ilk heç-heçəsinə sentyabrın 22-də “Səbail”lə matçda nail olub – 0:0.