“Qarabağ”la oyundan əvvəl ağır zədə aldı
“Frayburq”un yarımmüdafiəçisi Rolland Şallai ciddi zədə alıb.
Sportline.az xəbər verir ki, hadisə bundesliqanın hazırda davam edən 5-ci turunun “Bayer”lə səfər matçı zamanı baş verib. 4-cü dəqiqədə rəqib futbolçunun zərbəsi sağ vingerin göz nayihəsinə tuş gəlib. Həkimlər dərhal tibbi müdaxilə edib. Gözündən zədə alan oyunçu xərəkdə 9-cu dəqiqədə meydanı tərk edərək əvəzlənmək məcburiyyətində qalıb.
Macarıstan millisinin də 25 yaşlı futbolçusu olan Şallai “Frayburq”un liderlərindən sayılır. Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.
Qeyd edək ki, “Frayburq” növbəti görüşünü sentyabrın 8-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. Avropa Liqasının qrup mərhələsinin bu oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.