Qardaşlıq matçı: Azərbaycan - Türkiyə
"Qarabağ" qazilərindən ibarət olan amputant futbol komandamız Türkiyə seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan qardaşlıq görüşündən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev Azərbaycan – Türkiyə qardaşlığından danışıb, “1 millət, 2 dövlət” prinsipilə keçirilən bu qardaşlıq oyununun əhəmiyyətini yüksək qiymətləndirib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi, idmana da diqqət və qayğı göstərməsindən danışılıb.
Daha sonra matça start verilib. ASK Arenada keçirilən maraqlı mübarizə şəraitində keçib.
Qeyd edək ki, bu cür qardaşlıq oyunlarının qarşıda ənənvi olacağı bildirilib.