Qazaxıstan - Azərbaycan görüşünün məkanı bilindi
UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan seçməsinin ev oyunlarını keçirəcəyi məkan açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunlar Qazaxıstanın paytaxtı Nur-Sultandakı "Astana Arena"da keçiriləcək.
Görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan matçı iyunun 3-də olacaq.