Qazaxıstan millisi Azərbaycana rəqib olub
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.
Sportline.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib.
İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub.
İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.
UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart
18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 5:4)
İlk oyun - 2:1