Qazaxıstan və Özbəkistan boks federasiyaları da "World Boxing"ə üzv oldu
Daha 4 federasiya World Boxing təşkilatına üzv olub.
Sportline.az "Reuters"ə istinadla xəbər verir ki, söhbət Qazaxıstan, Özbəkistan, Qvatemala və Laos federasiyalarından gedir.
Bu haqda qərar ABŞ-nin Pueblo şəhərində keçirilən konqressdə qəbul olunub.
Bununla təşkilata üzv ölkələrin sayı 55-ə çatıb.
Qeyd edək ki, World Boxing, Beynəlxalq Olimpiya Komitəsi ilə Beynəlxalq Boks Assosiasiyası arasındakı münaqişədən sonra yaradılıb.
Təşkilata qazaxıstanlı sabiq dünya çempionu Gennadi Qolovkin rəhbərlik edir.