Qazilərdən ibarət komandamız Türkiyəyə qarşı

"Qarabağ" qazilərindən ibarət olan amputant futbol komandamız Türkiyə seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Sportline.az xəbər verir ki, görüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Yoldaşlıq matçı iyunun 3-də saat 17:00-da başlanacaq və ASK Arenada keçiriləcək. Oyunu izləmək üçün giriş sərbəstdir.

Banner