"Qəbələ" ilk oyunda heç-heçə etdi

"Qəbələ" Antalya toplanışı çərçivəsində bu gün ilk oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib “Akhisar Bələdiyyəspor” kollektivi olacaq.

Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Akhisar Bələdiyyəspor" Super Liqada çıxış edir və 17 turdan sonra 19 xalla 12-ci pillədə qərarlaşıb.


10 yanvar 2018
Yoxlama oyunu

"Qəbələ" (Azərbaycan) - “Akhisar Bələdiyyəspor” (Türkiyə) - 1:1
QOLLAR:
Serjinyo, 17 (0:1); Ozobiç, 57 (1:1)
Bələk, Antalya