"Qəbələ" Avrokubokdakı rəqibi bəlli oldu
"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki potensial rəqibləri bəlli olub.
Sportline.az xəbər verir ki, "qırmızı-qaralar" I mərhələdə Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcək.
İlk qarşılaşma səfərdə keçiriləcək.