"Qəbələ" Bezotosnını itirdi

"Qəbələ" komandası bu gün Türkiyənin Antalya bölgəsində keçirəcəyi ilk yoxlama matçına ciddi itki ilə çıxacaq.

SportLine.az xəbər verir ki, bu  barədə məlumatı komandanın baş məşqçisi Roman Qriqorçuk Sportnet.az saytına açıqlamasında verib. Onun sözlərinə görə, əsas qapıçı Dmitri Bezotosnı Superliqada çıxış edən "Akhisar Bələdiyyəspor"a qarşı oynamayacaq. Səbəb ukraynalı legionerin soyuqlamasıdır. Qriqorçuk Bezotosnının yoxluğunda gənc qolkiper Murat Popova şans verəcəklərini söyləyib. 

Qeyd edək ki, Bələk qəsəbəsindəki "Rixos Premium” otelinin meydanında keçiriləcək "Qəbələ" - "Akhisar Bələdiyyəspor" matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.