"Qəbələ" braziliyalı futbolçunu sınayır

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu daha bir futbolçunu sınaqdan keçirir.

Sportline.az xəbər verir ki, söhbət braziliyalı Kayke Vercilio da Silvadan gedir. "Akhisar Bələdiyyəspor”la yoxlama matçında meydana çıxan 21 yaşlı hücumçu haqda qərar növbəti oyundan sonra veriləcək.

Qeyd edək ki, "Korintians”ın yetirməsi Da Silvanın son klubu "Santos”  olub.