"Qəbələ" "Hayduk"la üz-üzə

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçi olduğu komanda I mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gələcək.

"Polyud" stadionundakı oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Görüşü David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcək.

Qeyd edək ki, cavab oyunu oktyabrın 4-də Qəbələdə olacaq.

Banner