"Qəbələ" hazırlığa davam edir

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci günündə 1 hazırlıqla kifayətləniblər.

Komanda axşam məşqində meydana çıxıb. Roman Qriqorçukun yetirmələrinin bugünkü məşqi əsasən toplu çalışmalardan ibarət olub.

Futbolçular müxtəlif məsafələrdən qapıya zərbələr endiriblər.

"Qəbələ" futbol klubunun məlumatı