"Qəbələ" Məqsədini itirdi

“Qəbələ” müdafiəçisi Məqsəd İsayevlə vidalaşıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. 

O, "Qəbələ"də keçirdiyi iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 oyuna çıxıb.

Banner