"Qəbələ" rəsmisi: "2 itkimiz var"

Sabah "Qəbələ" Azərbaycan Kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq.

Sportline.az saytına açıqlama verən "Qəbələ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandanın heyəti barədə məlumat verib.

"2 itkimiz var. Onlardan biri Asif Məmmədovdur. Yarımmüdafiəçi həm cəzalıdır, həm də zədəli. Eyni zamanda Feras Abu Akal da finalı buraxacaq. Yarımmüdafiəçi ciddi şəkildə zədələnib".