"Qəbələ"nin futbolçusu: "Bu komanda ilə fəxr edirəm"

"Qəbələ"nin futbolçusu Ruan Renato komandasının Premyer Liqada 4-cü yeri tutması və Konfrans Liqasına vəsiqə qazaması barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu haqda öz İnstaqram hesabında paylaşım edib. O yazıb:

​"Bu komanda ilə fəxr edirəm. Hamını təbrik edirəm. Növbəti növsüm görüşərik".

Qeyd edək ki, Renato 2021-ci ildən əyalət təmsilçisində oynayır.